Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Azərbaycanın investisiya holdinqi yük daşımaları sahəsində əməkdaşlığı nəzərdə tutan sənəd imzalayıblar.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev sosial şəbəkədəki hesabında yazıb. Nazir müavininin paylaşımında sənədin AYİB-in Direktorlar Şurasının 32-ci İllik Toplantısı çərçivəsində imzalandığı deyilir.
"Avropa Yenidənqurma və İnkişaf Bankının Direktorlar Şurasının 32-ci İllik Toplantısı çərçivəsində Azərbaycanın investisiya imkanlarına həsr olunmuş sessiyiada ölkəmizin işgüzar və investisiya mühitindən, bərpa olunan və yaşıl enerjidən və nəqliyyat-tranzit potensialından bəhs etdik. AYİB ilə Azərbaycanın investisiya holdinqi arasında yük daşımaları sahəsində əməkdaşlığı nəzərdə tutan sənəd imzalanıb", - Elnur Əliyev deyib.
Auditorlar Palatasının üzvü, “Parker Russell Azerbaijan” şirkəti beynəlxalq mükafata layiq görülüb
Xəzər dənizinin dibi ilə fiber-optik kabel və yeni investisiya layihələri: Qazaxıstan prioritetləri müəyyən edir