17 may 2023 10:52
345

Qızılın qiyməti 2 000 dollardan aşağı enib

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (iyun müqavilələri üzrə) 0,03% azalaraq, 1 992,4 ABŞ dollarına bərabər olub.

"İki sahil" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti (iyul müqavilələri üzrə) isə 0,12% azalaraq, 23,87 dollar təşkil edib.