Biz Mərkəzi Bank olaraq bazarda maliyyə texnologiyalarının payının artmasına niyyətliyik.
“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov “GSMA 360 Avrasiya” beynəlxalq konfransında çıxışı zamanı bildirib.
“Eyni zamanda qanunvericilikdə müəyyən təşəbbüsləri irəli sürməklə yeni maliyyə texnologiyaları şirkətinin Azərbaycan bazarına daxil edilməsini təşviq edirik. Aidiyyatı dövlət qurumları ilə bir dövlət proqramının işlənib hazırlanması üzərində çalışırıq, son strategiyadayıq. Bunu rəqəmsal ödənişlər strategiyası adlandırırıq. 3 il müddətini əhatə edir. Strategiya əsasən 5 aspektə fokuslanıb”, - deyə Fərid Osmanov bildirib.
Auditorlar Palatasının üzvü, “Parker Russell Azerbaijan” şirkəti beynəlxalq mükafata layiq görülüb
Xəzər dənizinin dibi ilə fiber-optik kabel və yeni investisiya layihələri: Qazaxıstan prioritetləri müəyyən edir