17 may 2023 21:12
393

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 6 % azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 883 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 12,7 % çoxdur.

4 aylıq xarici ticarət dövriyyəsinin 12 milyard 585 milyon ABŞ dolları ixracın, 5 milyard 298 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,45 %, idxal isə 31,1 % artıb.

Son nəticədə xarici ticarətdə 7 milyard 287 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 6,4 % azdır.