18 may 2023 10:33
347

ABŞ-da kommersiya neft ehtiyatları 465 mln. bareli ötüb

Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya neft ehtiyatları 5 040 min barel artaraq, 467 624 min barel təşkil edib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 920 min barel azalacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.