2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana 123 milyon 989,84 min dollar dəyərində 439 min 38,75 ton buğda idxal edilib.
"İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 32.8% və ya 100 min 996 ton, məbləğ baxımından isə 17.8% və ya 18 mln. 719 min çoxdur.
Qeyd edək ki, hesabat dövründə ölkəyə gətirilən buğdanın 1 tonun qiyməti 11.3% azalaraq 303.1 dollara bərabər olub. Bu göstərici ötən ilin müvafiq dövründə 341.7 dollar təşkil edib.
Xatırladaq ki, cari ilin yanvar-aprel aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 2.61%-nə bərabər olub.
Auditorlar Palatasının üzvü, “Parker Russell Azerbaijan” şirkəti beynəlxalq mükafata layiq görülüb
Xəzər dənizinin dibi ilə fiber-optik kabel və yeni investisiya layihələri: Qazaxıstan prioritetləri müəyyən edir