2023-ci ilin yanvar-aprel aylarında Rusiya vətəndaşları Türkiyədə 4 min 732daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 2 min 45 obyekt çoxdur.
"İki sahil" TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib. Bu ilin aprel ayında Rusiya vətəndaşları Türkiyədə 817 daşınmaz əmlak alıblar ki, bu da 2022-ci ilin aprel ayı ilə müqayisədə 335 obyekt azdır.
Qeyd edək ki, 2023-cü ilin aprel ayında Türkiyədə 85 min 652 mənzil satın alınıb ki, bu da 2022-ci ilin aprel ayı ilə müqayisədə 35,6 faiz azdır.
Məlumata görə, 2023-cü ilin yanvar-aprel aylarında Türkiyədə 368 min 867 mənzil satın alınıb.
"Bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 18,6 faiz azdır", - deyə nazirlikdən qeyd edilib. 2023-cü ilin aprel ayında Türkiyədə xarici vətəndaşlara 2 min 557 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 60,3 faiz azdır.
Eyni ilin yanvar-aprel aylarında əcnəbi vətəndaşlar Türkiyədən 13 min 483 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 35,1 faiz azdır.
Möhkəm təmələ əsaslanan iqtisadi siyasətimiz hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmağa stimul verir - TƏHLİL
Azərbaycan Qazaxıstan neftinin qəbulunu ildə 2,2 milyon tonadək artırmağa hazırdır