156 nömrəli tam orta məktəbdə “Ədəbi xülyalar” adlı tədbir baş tutub.
“İki sahil” xəbər verir ki, tədbirdə 7, 9, 10 və 11-ci sinif şagirdləri dünya və Azərbaycan ədəbiyyatından mütaliə etdikləri müxtəlif əsərlərdəki obrazların libaslarında əsərlərdən müəyyən hissələri səhnələşdiriblər.
Tədbirdə Antuan de Sent-Ekzüperin “Balaca şahzadə”, Lev Tolstoyun “Anna Karenina”, Ülviyyə Tahirin “Şükriyyə taleyim”, Eleanor Porterin “Polyanna”, Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi”, Aleksandr Dümanın “Qraf Monte Kristo”, Herbert Uellsin “Görünməz adam”, Oskar Vayldın “Dorian Qreyin portreti”, Fyodor Dostoyevskinin “Cinayət və cəza”, Şekspirin “Romeo və Cülyetta”, Aleksandr Belyayevin “Amfibiya adam”, Süleyman Sani Axundovu “Qaraca qız”, Səməd Vurğunun “Vaqif”, Ceyn Ostinin “Qürur və qərəz”, Kafkanın “Çevrilmə” əsərlərindən və "Kitabi Dədə Qorqud"dan müəyyən hissələr canlandırılıb.
Tavatəpədə aparılan arxeoloji tədqiqatlar qədim məskunlaşma tarixinin yeni səhifələrini üzə çıxarır
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransın açılış mərasimi