Azərbaycan Parlamentinin ilk sədri olan Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarı ziyarət edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva tviterdəki hesabında yazıb. “Müsəlman Şərqinin ilk parlament demokratiyası - Azərbaycan Demokratik Respublikasının banilərindən biri, Azərbaycan Parlamentinin ilk sədri olan Əlimərdan bəy Topçubaşovun Parisin Sen Klu qəbirstanlığındakı məzarını ziyarət etdik.
28 May Müstəqillik Günümüz mübarək olsun!”, - səfir qeyd edib.
Tavatəpədə aparılan arxeoloji tədqiqatlar qədim məskunlaşma tarixinin yeni səhifələrini üzə çıxarır
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransın açılış mərasimi