Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və 28 May - Müstəqillik Gününə həsr olunan fləşmob keçirilib. Fləşmobda Azərbaycan Texniki Universitetinin (AzTU) və Milli Konservatoriyanın tələbələri Azərbaycanın Dövlət Himnini birlikdə oxuyub.
Bu barədə "İki sahil"ə AzTU-dan məlumat verilib. Bildirilib ki, AzTU TV-nin yeni layihəsi olan fləşmobda 70-dən çox tələbə iştirak edib.
Görüntülər Fəxri xiyaban, Şəhidlər xiyabanı, Azərbaycan Texniki Universiteti və Milli Konservatoriyada lentə alınıb.
Tavatəpədə aparılan arxeoloji tədqiqatlar qədim məskunlaşma tarixinin yeni səhifələrini üzə çıxarır
İncəsənət məktəb və mərkəzləri müəllimlərinin attestasiya nəticələrinə əsasən təlimlər keçirilir