Puerto-Rikolu məşhur reper Paço El Antifeka qətlə yetirilib.
"İki sahil" xarici mətbuata istinadən xəbər verir ki, 43 yaşlı sənətçi Puerto-Rikonun Bayamon şəhərindəki ticarət mərkəzlərinin birində güllələnib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Paço 2015-ci ilin mart ayında odlu silah və döyüş sursatı saxlamaqda təqsirli bilinmişdi.
Repçi həmkarları "Daddy Yankee" və "Bad Bunny"nin duet ortağı olub.
Tavatəpədə aparılan arxeoloji tədqiqatlar qədim məskunlaşma tarixinin yeni səhifələrini üzə çıxarır
İncəsənət məktəb və mərkəzləri müəllimlərinin attestasiya nəticələrinə əsasən təlimlər keçirilir