ABŞ Kino Akademiyası 2025-ci ildən etibarən “Oskar” nominasiyası üçün tələbləri dəyişəcək.
“İki sahil” “The Hollywood Reporter”ə istinadən xəbər verir ki, yeni tələblərə görə, "Ən yaxşı film" mükafatına namizəd olan filmlər 7 gün ardıcıl kinoteatrlarda nümayiş etdirilməlidir.
Qeyd olunub ki, yeni standart kinoteatrları dəstəkləmək və onların əhəmiyyətini qabartmaq üçün Amerika Kino Sənəti və Elmləri Akademiyası tərəfindən qəbul edilib.
Qaydaya əsasən, filmin prokatı 24 yanvar 2025-ci ildən gec olmayaraq başa çatmalıdır.
Tavatəpədə aparılan arxeoloji tədqiqatlar qədim məskunlaşma tarixinin yeni səhifələrini üzə çıxarır
İncəsənət məktəb və mərkəzləri müəllimlərinin attestasiya nəticələrinə əsasən təlimlər keçirilir