Muğam Marafonu iyunun 24-də İçərişəhərdə Şirvanşahlar Sarayında başlayıb. Sabah, yəni iyunun 25-i saat 12-yədək davam edəcək.
“İki sahil” xəbər verir ki, 24 saat ərzində keçirilən layihənin hər saatında eyni məkanda 24 xanəndə bir-birini əvəz edərək onları müşayiət edən heyətlə birgə muğam ifa edəcək. Muğam Marafonunda xanəndələrlə yanaşı bir-birini əvəz edən 25 elektron musiqiçi də çıxış edir.
“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunan “Muğam Marafonu” dinləyicilər üçün bir gün ərzində dayanmadan muğamın ecazkar dünyasına bir səyahətdir.
Tavatəpədə aparılan arxeoloji tədqiqatlar qədim məskunlaşma tarixinin yeni səhifələrini üzə çıxarır
İncəsənət məktəb və mərkəzləri müəllimlərinin attestasiya nəticələrinə əsasən təlimlər keçirilir