29 iyun 2023 21:35
680

Daşkəsən rayonunda selə düşən 23 yaşlı oğlan ölüb - FOTO

Daşkəsən rayonunda selə düşən 23 yaşlı oğlan ölüb.

Rayon icra hakimiyyətindən “İki sahil”ə bildirilib ki, bu gün axşam saatlarında Daşkəsənə yağan leysan yağışlar nəticəsində rayonun Təzəkənd sakini, 2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunu Əyri çaydan keçən sel aparıb.

Qabaqtəpə kəndinin ərazisində Ərazi Mülki Müdafiə Qüvvələri tərəfindən cansız bədəni tapılan Elgün Orucov ailəsinə təhvil verilib.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.