Cəlilabad rayonunda şəhid Kamran İsgəndərlinin doğum günü qeyd edilib, onun xatirəsinə həsr edilən bulağın açılışı olub.
“İki sahil” xəbər verir ki, tədbirdə rayon rəsmiləri, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Həmçinin, Vətən müharibəsi şəhidinin doğum günündə onun xatirəsinə inşa edilmiş xatirə bulağın da açılışı olub.
Çıxış edənlər qeyd ediblər ki, şəhidlərimizin əziz xatirəsi həmişə uca tutulub və onların adlarının əbədiləşdirilməsi üçün belə xeyirxah işlərin görülməsi vacibdir.
Şəhidin atası Yaşar İsgəndərli də şəhid ailələrinə göstərilən qayğıya görə dövlətimizə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.