16 iyul 2023 18:41
356

Sabirabadda TIR yoldan çıxaraq kanala aşıb

Sabirabadda "Volvo" markalı TIR yük maşını yoldan çıxaraq kanala aşıb

Hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Qaragüney kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb. "Volvo" markalı TIR yük maşını yoldan çıxaraq kanala aşıb. Nəticədə sürücü, Sabirabad rayonunun Xəlfəli kənd sakini, 1966-cı il təvəllüdlü Abışov Saleh Nadir oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

APA