17 iyul 2023 15:55
308

Sinan Oğan və Tarkan eyni bölükdə xidmət ediblərmiş - FOTO

Dünyaşöhrətli türkiyəli müğənni Tarkan və “ATA İttifaqı”ndan prezidentliyə namizəd olmuş siyasətçi Sinan Oğanın eyni bölükdə xidmət etdikləri ortaya çıxıb.

“İki sahil” “Cumhuriyet”ə istinadla xəbər verir ki, bunu əks etdirən fotonu sosial media istifadəçilərindən biri paylaşıb.

“Atam, Sinan Oğan və Tarkan eyni bölükdə imiş”, - deyə o yazıb.

Xatırladaq ki, Tarkan müsahibələrinin birində hərbi xidməti haqda bunları demişdi: “Aslanlar kimi əsgərlik çəkdim. Çox xoşbəxtəm. Əsgərlikdə gözəl dostluqlar qurdum. Əsgərliyimi bitirdiyim üçün çox sevincliyəm. Gözəl günlər məni gözləyir”.