Avstriyada təlim-məşq toplanışını davam etdirən Bakının “Sabah” klubu sonuncu yoxlama oyununu keçirib.
“İki sahil” xəbər verir ki, Bakı təmsilçisi Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşıb.
Qarşılıqlı hücumlar şəraitində keçən oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, “Sabah” Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk oyunda Qətərin “Al-Sadd” (3:1), ikinci matçda isə Almaniyanın “Sankt-Pauli” (1:4) klubu ilə qarşılaşıb.