Bu gün Misli Premyer Liqasının 13-cü turunda "Qarabağ" "Sumqayıt"la qarşılaş
“İki sahil” yazır ki, qarşılaşmanın 8-ci dəqiqəsində "Sumqayıt"ın futbolçusu İsa Suliman hesabı açıb. 42-ci dəqiqədə Aleksey Kaşuk bərabərlik qolunu vurub. 45+2-ci dəqiqədə Renaldo Sefas "Qarabağ"ı hesabda önə çıxarsa da 55-ci dəqiqədə Emil Mustafayev bərabərlik qolunu vurub. 77-ci dəqiqədə Tofiq İsmayıl yenidən ağdamlıları hesabda önə çıxarıb. 86-cı dəqiqədə isə Musa Qurbanlı komandasının üstünlüyünü iki qola yüksəldib.
Misli Premyer Liqası,
13-cü tur
29 noyabr
17:00. "Qarabağ" 4–2 "Sumqayıt"
Qollar: İsa Suliman, 8 (0-1), Aleksey Kaşuk, 42 (1-1), Renaldo Sefas, 45+2 (2-1), Emil Mustafayev, 55 (2-2), Tofiq İsmayıl, 77 (3-2), Musa Qurbanlı, 86 (4-2)
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Orxan İbişov, Nazim Abdullayev
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
"Azersun Arena"
Məhərrəm Ağalaroğlu, “İki sahil”