29 noyabr 2026 01:10
148

Corc Rassell Qətər Qran-prisinin sıralanma turunun qalibi olub

"Mercedes" komandasının britaniyalı pilotu Corc Rassell "Formula-1" üzrə Qətər Qran-prisinin sıralanma turunda birinci yeri tutub.

“İki sahil” xəbər verir ki, ikinci yeri onun komanda yoldaşı, italiyalı Andrea Kimi Antonelli, üçüncü yeri isə "McLaren" komandasının britaniyalı pilotu Lando Norris tutub.

Əsas yarış noyabrın 29-da Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.