28 noyabr 2026 13:27
184

Mbappe ilə müqavilə uzadıldı

Fransanın “Lill” klubu gənc yarımmüdafiəçisi Etan Mbappe ilə yeni müqavilə imzalayıb.

“İki sahil” xəbər verir ki, 19 yaşlı futbolçu ilə anlaşmanın müddəti 2029-cu ilin yayına qədər uzadılıb. Əvvəlki müqavilə ilə müqayisədə yeni sözləşmə iki il daha uzun müddət üçün nəzərdə tutulub.

Kilian Mbappenin qardaşı olan Etan 2024-cü ilin yayında PSJ-dən “Lill”ə keçib. Həmin il iyulun 4-də klubla ilk peşəkar müqaviləsini imzalayıb.

O, “Lill”də debüt etdiyi mövsümdə 14 oyuna çıxıb. 2025/2026 mövsümündə isə 22 matçda iştirak edib, 3 qol vurub və məhsuldar ötürmələrə imza atıb.

Cari mövsümdə Etan Mbappe bütün turnirlərdə 12 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 2026-cı ilin sentyabrında isə Fransa U-21 yığmasında debüt edib.