28 noyabr 2026 12:58
189

Messi və komandasından MLS-ə erkən vida

Lionel Messinin formasını geyindiyi “İnter Mayami” MLS-in pley-off mərhələsində mübarizəni dayandırıb.

“İki sahil” xəbər verir ki, Mayami təmsilçisi 1/8 final mərhələsinin cavab oyununda səfərdə “Kolambus Kru”ya 0:1 hesabı ilə uduzub.

Qarşılaşmada yeganə qolu 90+2-ci dəqiqədə Santyaqo Rodriqes vurub. Lionel Messi isə matçın sonuna qədər meydanda olub.

İlk görüşdə də rəqibinə 0:3 hesabı ilə məğlub olan “İnter Mayami” iki oyunun nəticəsinə əsasən 0:4 hesabı ilə uduzaraq mövsümü başa vurub.

Qeyd edək ki, “İnter Mayami” MLS-in Şərq konfransında müntəzəm mövsümü 60 xalla ikinci, “Kolambus Kru” isə 47 xalla yeddinci pillədə başa vurmuşdu.