29 noyabr 2026 16:41
176

"Şamaxı" "Qəbələ"yə qalib gəldi

Bu gün Misli Premyer Liqasının 13-cü turunda "Şamaxı" "Qəbələ"ni qəbul edib.

“İki sahil” yazır ki, qarşılaşmanın 11-ci dəqiqəsində Ayman Bouali hesabı açıb. 47-ci dəqiqədə "Qəbələ"nin qapıçısı Səlahət Ağayevin qırmızı vərəqə aldığı yarışın 61-ci dəqiqədə Edqar Adilxanov "Şamaxı"nın üstünlüyünü iki qola yüksəldib.

Misli Premyer Liqası,

13-cü tur

29 noyabr

14:30. "Şamaxı" 2–0 "Qəbələ"

Qollar: Ayman Bouali, 11, Edqar Adilxanov, 61

Qırmızı vərəqə: Səlahət Ağayev, 47 ("Qəbələ")

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Müslüm Əliyev, Ruslan Quliyev

VAR: Cavid Cəlilov

AVAR: Kərim Zeynalov

Şamaxı şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”