“Nyukasl”ın yarımmüdafiəçisi Co Villokun gələcəyi ilə bağlı qərar yanvar transfer pəncərəsində verilə bilər.
“İki sahil” xəbər verir ki, 27 yaşlı futbolçu ilə yeni müqavilə imzalanması ilə bağlı danışıqların dayandığı bildirilir.
BBC-nin məlumatına görə, “Nyukasl” rəhbərliyi Villoku komandada saxlamaq istəyir. Futbolçunun hazırkı müqaviləsi mövsümün sonunda başa çatır. Baş məşqçi Matias Yaysle də yarımmüdafiəçinin komandada qalmasının tərəfdarıdır. Bununla yanaşı, yeni razılıq əldə olunmasa, klub 2027-ci ilin əvvəlində onun satışını nəzərdən keçirə bilər.
Türkiyənin “A Spor” nəşrinin məlumatına görə, yayda Villok üçün etdiyi transfer təklifi qəbul olunmayan “Beşiktaş” hazırda futbolçunun vəziyyətini yaxından izləyir.
Qeyd edək ki, futbolçu bu mövsüm Premyer Liqada keçirdiyi 11 oyunda 2 qol vurub.