Kəlbəcərdə turizm və rekreasiya zonalarının yaradılması nəzərdə tutulub.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə jurnalistlərə açıqlamasında deyib.
K.Quluzadənin sözlərinə görə Qarabağın turizm potensialı dünyaya çatdırılmalıdır: “Qarabağın turizm potensialı nəzərə alınaraq, Dövlət Turizm Agentliyi tərəfindən bir neçə istiqamətdə turistik layihələrə başlanılıb. Destinasiyalardan biri Kəlbəcərdi. Burada turizm və rekreasiya zonalarının yaradılması nəzərdə tutulub. İstisuyun bərpası və turistlərin bura cəlb olunması da gündəmdə olan məsələdir”.
Tavatəpədə aparılan arxeoloji tədqiqatlar qədim məskunlaşma tarixinin yeni səhifələrini üzə çıxarır
İncəsənət məktəb və mərkəzləri müəllimlərinin attestasiya nəticələrinə əsasən təlimlər keçirilir