"Fiorentina" "Yuventus"un futbolçusu Arturu 2023/2024 mövsümü üçün icarəyə götürüb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. "Fiorentina" 2 milyon avro icarə haqqı ödəyib, daha 2 milyon avro isə bonus olaraq verəcək. Klub braziliyalı yarımmüdafiəçini yeni mövsümün sonunda 20 milyon avroya almaq hüququna malikdir.
Qeyd edək ki, Artur ötən mövsüm icarə əsasında "Liverpul"da oynayıb və cəmi 1 oyunda meydana çıxıb.