23 iyul 2023 00:35
678

Qara Qarayev “Qarabağ”dan ayrıldı

Azərbaycan yığmasının üzvü Qara Qarayev “Qarabağ”dan ayrılıb.

“İki sahil” xəbər verir ki, o, bu gün komanda yoldaşları ilə vidalaşaraq klubun bazasını tərk edib. 

Təcrübəli yarımmüdafiəçinin “Neftçi”yə keçəcəyi və 2 illik müqavilə imzalayacağı deyilir. 

“Qarabağ”ın futbolçusu Abbas Hüseynov da sosial şəbəkə hesabında Qara Qarayevlə fotosunu paylaşaraq ona uğurlar arzulayıb.