23 iyul 2023 21:52
457

Azərbaycanın kata və kumiteçiləri Yaponiyada 5 qızıl və 1 gümüş medal qazanıblar

Azərbaycanın kata və kumite üzrə idmançıları Yaponiyanın Okinava şəhərində keçirilən beynəlxalq turnirdə 5 qızıl və 1 gümüş medal qazanıblar.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidenti Adnan Əhmədzadə tviterdə bildirib.

“22-23 iyul tarixlərində Yaponiyanın Okinava şəhərində keçirilən beynəlxalq yarışlarda Azərbaycan Koşiki Karate-do Federasiyasının idmançıları kata və kumite üzrə 5 qızıl və 1 gümüş medal qazanıblar.

Çempionlarımız Sevinc, Nazim və Kənanı və Azərbaycan Koşiki Karate-do Federasiyasını təbrik edirəm!”, - o qeyd edib.