25 iyul 2023 16:27
461

Fərid Qayıbov İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidentini qəbul edib- FOTO

Gənclər və idman naziri Fərid Qayıbov İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhanı qəbul edib.

Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, qonağı salamlayan nazir onu növbəti dəfə Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.

Görüşdə təşkilatla ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib və gənclər siyasəti mövzusunda fikir mübadiləsi aparılıb.

Taha Ayhan səmimi qəbula görə minnətdarlıq edib.