İyulun 27-də Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatı və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummulli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar şahmat üzrə rayon birinciliyi keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir başlamazdan əvvəl YAP Şərur rayon təşkilatının sədri, Naxçıvan MR Ali Məclisinin deputatı Əmir Babayev çıxış edərək, Ulu Öndərin həyat fəaliyyəti haqqda ətraflı məlumat verib, şahmata və şahmatçılara göstərilən diqqət və qayğıdan bəhs edib.
Sonra, 32 şahmatçının iştirak etdiyi yarışa start verilib, qaliblər müəyyənləşib.
Belə ki, Əliyev Yaşar Cəlil oğlu 1-ci yerə İsmayılov Rəhman Vüqar oğlu 2-ci yerə ,Qasımov Turan Vəli oğlu 3-cü yerə layiq görülüb. Seyidov Miryəhya Mirməhəmməd oğlu isə fərqlənən iştirakçı olub.
Yarışın sonunda fərqlənən şahmatçılara təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.