Azərbaycanda Beynəlxalq Şahmat Federasiyasının (FİDE) şahmat üzrə Dünya Kubokunun təntənəli açılış mərasimi keçirilir.
“İki sahil” xəbər verir ki, açılış mərasimi rəsmilərin və şahmatçıların iştirakı ilə Bakı Konqres Mərkəzində keçirilir.
Qeyd edək ki, yarış iyulun 30-da başlayacaq və avqustun 25-dək davam edəcək.