İlon Mask özünün X sosial şəbəkəsində (keçmiş “Twitter”) “Meta” şirkətinin rəhbəri Mark Zukerberqlə duelinin canlı yayımlayacağını bəyan edib.
“İki sahil” xəbər verir ki, iş adamı yazıb: “Zukun Maska qarşı döyüşü X-də canlı yayımlanacaq”.
Onun sözlərinə görə, döyüşdən əldə olunan bütün gəlirlər veteranların xeyriyyə fonduna bağışlanacaq.
Qeyd edək ki, milyarderlərin qarşılaşması Las Veqasdakı arenada baş tutacaq.