07 avqust 2023 15:07
337

Gürcüstanda sürüşmə zonasında xidmət aparan polis əməkdaşı vəfat edib FOTO

Gürcüstanın Oni bələdiyyəsində torpaq sürüşməsi zonasında polis əməkdaşı vəfat edib.

“İki sahil” xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb.

Bildirilib ki, axtarış-xilasetmə işlərinin aparıldığı sürüşmə zonasında ictimai asayişin təmin edilməsi məqsədilə vəzifə borcunu yerinə yetirən 1975-ci il təvəllüdlü polis əməkdaşı huşunu itirib. Bildirilib ki, o xəstəxanaya çatdırılarkən yolda vəfat edib.