07 avqust 2023 16:28
413

Maqnus Karlsen istirahət günündə qolf oynadı - FOTO

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda IV mərhələyə vəsiqə qazanan Maqnus Karlsen istirahət gününü səmərəli keçirməyə çalışıb.

“İki sahil” xəbər verir ki, FIDE reytinqində lider olan norveçli şahmatçı qolf oynayıb.

Qeyd edək ki, beşqat dünya çempionu olan Maqnus Karlsen 2022-ci ildən etibarən şahmat tacı uğrunda yarışda iştirakdan imtina edib.