10 avqust 2023 09:17
435

"World Boxing Committee Heydar Aliyev” təşkilatı Boxrec sıralarına daxil olub

Almaniyanın Maqdeburq şəhərində təsis olunmuş Ulu Öndər Heydər Əliyevin adını daşıyan WBCA (World Boxing Committee Heydar Aliyev) təşkilatı 11-il davamlı fəaliyyətdən sonra “Boxrec” sıralarına daxil olub.

“İki sahil” xəbər verir ki, bu il sentyabrın 1-dən etibarən Azərbaycan atletləri ilə yanaşı, dünyanın bütün ölkələrinin idmançıları bu ali mükafat uğrunda mübarizə apara biləcəklər.

Təşkilat 2012-ci ilin may ayında Almaniyada Yaşar Niftəliyev və Karl Heins Kräft tərəfindən təsis olunub. Təşkilatın məqsədi Ulu Öndər Heydər Əliyevin idmanla bağlı tövsiyələrini yerinə yetirmək, Azərbaycan idmançılarının müxtəlif ölkələrin idmançıları ilə əlaqələrini qurmaq, üçrəngli bayrağımızı beynəlxalq arenalarda ucaldaraq Himnimizi səsləndirmək və təşkilatı dünyanın aparıcı boks təşkilatları sıralarına daxil etməkdir.