Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Dünya Halal Sammitinin rəhbər heyəti ilə görüşüb.
KOBİA-dan “İki sahil”ə bildirilib ki, görüşdə halal forumların keçirilməsi üzrə beynəlxalq təcrübəyə, noyabrda İstanbulda keçiriləcək sərgidə yerli KOB-ların iştirakına və birgə layihələrin icrasına dair fikir mübadiləsi aparılıb.