Belarusda keçirilən ll MDB Oyunlarında ölkəmizi uğurla təmsil etmiş Azərbaycan karateçiləri Vətənə qayıdıblar.
“İki sahil” xəbər verir ki, iİdmançılarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Gənclər və İdman Nazirliyinin, Milli Karate Federasiyasının və idman ictimaiyyətinin nümayəndələri, azarkeşlər, həmçinin idmançıların ailə üzvləri qarşılayıblar.
Karateçilərimiz turniri 3 qızıl, 2 gümüş, 6 bürünc medalla başa vurublar.
Xatırladaq ki, Azərbaycan idmançıları II MDB Oyunlarında 10 qızıl, 17 gümüş və 35 bürünc medal qazanıblar.