17 avqust 2023 15:23
408

“Qalatasaray”la “Beşiktaş” arasında qalmaqal - VİDEO

Türkiyənin iki məşhur və əzəli rəqib olan idman klubu arasında vəziyyət gərginləşib.

“İki sahil” xəbər verir ki,  buna “Beşiktaş”ın yeni transferi Milot Raşiç barəsində yayımladığı videoda göstərilən bəzi kadrlar səbəb olub.

“Galatasaray” iddia edir ki, həmin kadrlarda klubun adı qanlı terror təşkilatı olan FETÖ ilə yan yana tutulub.

“Beşiktaş” isə “Galatasaray”ın iddialarını əsassız adlandırıb.