18 avqust 2023 13:56
306

Bakıda keçirilən dünya çempionatında növbəti mükafatçılar müəyyənləşib- FOTO

Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə qarışıq komanda yarışında mükafatçılar müəyyənləşib.

“İki sahil”in məlumatına görə, Çin yığması rəqiblərini böyük fərqlə üstələyərək, 16 xalla qızıl medal qazanıb.

İran millisi 2 xalla gümüş medala yiyələnib. Fəxri kürsünün üçüncü pilləsinə isə Fransa komandası qalxıb.