Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Sumqayıt şəhəri Corat qəsəbəsində partiya fəalları və sakinlərlə görüşüblər.
“İki sahil” xəbər verir ki, görüşdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov və Milli Məclisin deputatı Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, partiyanın yaradıcısı və qurucusu Ulu Öndər Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan dövlətinin bugünkü nailiyyətlərindən, tarixi ənənələrə malik, Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan YAP-ın rəhbərliyi və təşəbüsü ilə həyata keçirilən siyasi islahatlardan, son illər qazanılan tarixi nailiyyətlərdən, əldə olunan uğurlardan, 44 günlük Vətən Müharibəsində qazanılan şanlı tarixi zəfərimizdən danışdı, müharibədən ötən dövr ərzində məqsədyönlü dövlət siyasətinin, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı ilə əlqədar işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işlərinin xalqımıza böyük tarixi töhfə olduğunu vurğulayıblar.
Görüşdə bir sıra məsələlərə toxunulub, lazımi qeydlər aparılıb.
Vətəndaşlar öz növbəsində çıxış edərək ölkə rəhbərinə olan rəğbətlərini bir daha vurğulayıb, keçirilən bu görüşlərin mütəmadi olmasının vacibliyini qeyd ediblər.
Görüşdə iştirak edən partiya fəalları və sakinlər aidiyyatı üzrə suallar və təkliflər verib, belə görüşlərin təşkil olunmasını yüksək qiymətləndiriblər.