Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev rayonunun Sahil qəsəbəsində yerləşən 60 saylı ərazi partiya təşkilatının üzvləri olan bir qrup partiya fəalları ilə görüşüb.
“İki sahil” xəbər verir ki, yığıncağı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru Roman Nağıyev açıb. O, ilk öncə Bakının 1918-ci il sentyabrın 15-də bolşevik, daşnak və sentrokaspi birləşmələrindən azad edilməsinin 105-ci və 20 sentyabr 1994-cü il "Əsrin Kontraktı"nın imzalanmasının 29-cu ildönümü münasibəti ilə kollektiv üzvlərini təbrik edib və neft-qaz sənayesində aparılan uğurlu islahatlardan, dövlət səviyyəsində neftçilərin əməyinə verilən yüksək qiymətdən söz açıb. Bildirib ki, bütün bu uğurların bünövrəsində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs və həmin kursun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.
YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının VII qurultayından sonrakı dövrdə həyata keçirilən müsbət işlərdən danışıb. Bildirib ki, Prezident, YAP Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət ölkəmizin nüfuzunu daha da artırıb. Vətən müharibəsində əldə olunmuş böyük Qələbədən keçən müddət ərzində dövlətimiz daha da güclənmiş, Böyük Qayıdış prosesi başlanmış, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri geniş vüsət almışdır. Azərbaycana qarşı həyata keçirilən qarayaxma kampaniyalarından, sülh prosesi və Ermənistanın bu prosesi uzatmaq cəhdlərindən geniş bəhs edən Qafar Əliyev partiya üzvlərini daha fəal olmağa və Qərbi Azərbaycan İcmasının fəaliyyətinə dəstək verməyə çağırıb.
Görüşdə 60 saylı ƏPT-nin üzvü, zavodun Mexanika və Energetika şöbəsinin müdiri Qabil Allahyarov, zavodun böyük hüquq məsləhətçisi Sona Qasımova, Əməyin mühafizəsi təlim-tədris üzrə böyük mühəndis İlhamağa Mustafayev və başqaları çıxış edərək zavod kollektivinin dövlətimizin siyasətini dəstəklədiklərini bildiriblər. Görüşdə irəli sürülən təkliflər qeydə alınıb. 60 saylı ərazi partiya təşkilatının sədri Əliağa Səfərov əmək təqaüdünə çıxdığına görə BDÖZ-in direktoru Roman Nağıyev partiya üzvləri tərəfindən yekdilliklə ƏPT-nin yeni sədri seçilib.