Azərbaycan ərazilərinin işğaldan azad olunmasından 3 il keçməsinə baxmayaraq həmin ərazilərdə abidələrin monitorinqi hələ də yekunlaşmayıb.
“İki sahil” xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Bakıda işə başlamış "Yaşanabilən və Dayanıqlı İrs Şəhərləri" mövzusunda beynəlxalq konfransda bildirib.
"Abidələrin monitorinqini yekunlaşdırmaq çətindir. Buna səbəb həmin ərazilərdə minaların olmasıdır. Monitorinqin başa çatması üçün həmin yerlər minalardan təmizlənməlidir, bunun üçün isə kifayət qədər maliyyə vəsaiti lazımdır", - deyə o qeyd edib.
AMEA-da “Türkoloji Qurultay – 100” mövzusunda respublika elmi konfransı keçirilib
Gəncədə “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti” mövzusunda seminar keçiriləcək
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq