Ermənistandakı Avropa İttifaqının Monitorinq Missiyası növbəti bazasını açıb.
“İki sahil” xəbər verir ki, bu barədə Aİ Missiyasının "X" hesabında məlumat verilib.
Bildirilib ki, Aİ-nin Monitorinq Missiyası bu gün Yeğeqnadzorda əməliyyat bazasını açıb: "Bu, Missiyanın planına uyğun olaraq, açılan son bazadır. Missiyanın rəhbəri Markus Ritter və Yeğeqnadzor merinin müavini Ararat əyalətinin sərhədyanı ərazilərinə yönələcək yeni bazanın açılışında iştirak edib"