29 oktyabr 2023 18:25
364

Ukraynada Türkiyə Respublikasının yaradılmasının 100 illiyi münasibətilə bilbordlar quraşdırılıb

Ukraynanın bir sıra şəhərlərində, o cümlədən paytaxt Kiyevdə Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə bilbordlar quraşdırılıb.

“İki sahil” xəbər verir ki, bilbordlarda “Türkiyə 100”, Ukrayna dilində “Türkiyənin yaranmasının 100 illiyini təbrik edirik!” şüarları yazılıb.

Bilbordlar bir neçə gün nümayiş etdiriləcək.