03 noyabr 2023 14:43
376

Avropa Voleybol Konfederasiyasının prezidenti Bakıya gəlir- FOTO

Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç, vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev Bakıya səfər edəcəklər.

Azərbaycan Voleybol Federasiyasından “İki sahil”ə verilən məlumata görə, funksionerlər noyabrın 5-də paytaxta gələcəklər.

Qonaqlar noyabrın 6-da baş tutacaq Azərbaycan çempionatının açılış mərasiminə qatılacaqlar və Yüksək Liqanın ilk qarşılaşmasını izləyəcəklər.

Səfər zamanı bir neçə vacib görüşün keçirilməsi də nəzərdə tutulub.