05 noyabr 2023 17:20
355

Şamaxıda beynəlxalq badminton turniri keçiriləcək

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Türkdilli Dövlətlər arasında beynəlxalq badminton turniri keçiriləcək.

“İki sahil” xəbər verir ki, yarış noyabrın 6-8-də Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanı təmsil edən badmintonçular mübarizə aparacaqlar.

İdmançılar 5 kateqoriya üzrə mükafatçıları müəyyənləşdirəcəklər.