SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismar İdarəsinin rəhbərliyi “Açıqmikrofon” aksiyası çərçivəsində vətəndaşlarla bu həftəlik sonuncu görüşünü Ağsu rayonunun Qaraqoyunlu kəndində keçirib.
“İki sahil” xəbər verir ki, mikrofon önünə keçən 10-na yaxın Qaraqoyunlu kənd sakini Ağsu RQİİ-nin rəisi Vəli Sadıqova qaz təchizatında üzləşdiyi problem və təkliflərini ünvanlayıb.
Ünvanlanan bəzi müraciətlər barədə vətəndaşlara ətraflı məlumat verilib, araşdırılması vacib olan problemlərə gəlincə, onların da hər biri aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.