Nyu-Yorkun məşhur “Times Square” meydanında və digər ərazilərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib
“İki sahil” xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd edilib ki, Komitənin dəstəyi və Azərbaycan-Amerika Gənclər Federasiyasının təşkilatçılığı ilə baş tutan aksiya zamanı “Qarabağ Azərbaycandır!”, “Azərbaycan multikultural ölkədir!”, “Azərbaycan bir sıra etnik və milli azlıqların vətənidir!” kimi şüarları və qısa məlumatları əks etdirən LED-ekranlı avtomobil Nyu-Yorkun mərkəzi küçələrində hərəkət edib.
Aksiya çərçivəsində Azərbaycan ərazilərindəki mina probleminə, indiyədək dəqiq xəritələrin təqdim olunmamasına, yüzlərlə azərbaycanlının mina qurbanlarına çevrilməsinə də diqqət cəlb edilib. LED-ekranda minalarla bağlı statistik məlumatlar, “Minalardan azad həyat!”, “Qarabağdan dünyaya: minalara YOX deyək!”, “Qarabağın itkilərini xatırla: Minasız dünya üçün səslən!” kimi şüar və çağırışlar nümayiş etdirilib.
Aksiya ilə maraqlanan şəhər sakinlərinə ölkəmiz barədə əlavə məlumat verilib.
Qəhvəyi mərmər bağacığına qarşı Samuray arılarının təbii mühitə buraxılmasına başlanılıb
Sosial Xidmətlər Agentliyi tərəfindən daha 30 ukraynalı uşaq reabilitasiya məqsədilə ölkəmizə gətirilib