08 noyabr 2023 20:06
357

Sumqayıtda Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib - FOTO

Sumqayıt şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Bulvar ərazisində ağacəkmə aksiyası keçirilib.

“İki sahil” xəbər verir ki, aksiyada Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov, millət vəkilləri – Tahir Mirkişili, Hicran Hüseynova, Müşfiq Məmmədli, Emin Hacıyev hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak edib.

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə keçirilən aksiyada şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Genişmiqyaslı ağacəkmə aksiyası zamanı Sumqayıt bulvarı ərazisində 11 min zeytun ağacı əkilib.