Zəfər Gününün 3-cü ildönümü münasibəti ilə “Security Operation Services” (SOS) MMC-nin əməkdaşları Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları ilə birgə İkinci Fəxri xiyabanı ziyarət edib.
“İki sahil” xəbər verir ki, “SOS” MMC-nin nümayəndələri İkinci Fəxri Xiyabana yollanaraq azadlıq uğrunda şücaət göstərmiş mərd, qəhrəman oğulların məzarlarını ziyarət edib. Şəhidlərimizin məzarına əkili qoyulub və onların ruhlarına dualar oxunub.
Daha sonra əməkdaşlar Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatında keçiriləcək tədbirdə iştirak ediblər.
Qəhvəyi mərmər bağacığına qarşı Samuray arılarının təbii mühitə buraxılmasına başlanılıb
Sosial Xidmətlər Agentliyi tərəfindən daha 30 ukraynalı uşaq reabilitasiya məqsədilə ölkəmizə gətirilib